Azərbaycan təbii qaz ixracını 3 %-dən çox artırıb

Azərbaycan təbii qaz ixracını 3 %-dən çox artırıb

Hazırda oxunan: Azərbaycan təbii qaz ixracını 3 %-dən çox artırıb

613840

Bu ilin yanvar-aprel aylarında gömrük bəyannamələrinə əsasən, Azərbaycan 8 milyard 416 milyon 328,74 min kubmetr həcmində təbii qaz ixrac edib.

Bu barədə Bizim.Media Dövlət Gömrük Komitəsinin statistikasına əsasən xəbər verir.

Azərbaycandan ixrac edilən təbii qazın dəyəri 2 milyard 535 milyon 847,49 min ABŞ dolları təşkil edib.

Hesabat dövründə ixrac edilən təbii qazın həcmi 2025-ci ilin 4 ayı ilə müqayisədə 3,14 % çox, dəyəri isə 17,28 % azdır.

Hesabat ayında Azərbaycanın ümumi ixracında təbii qazın payı 21,35 % olub.

Qeyd edək ki, bu ilin yanvar-aprel aylarında Azərbaycan xarici ölkələrlə 17 milyard 403 milyon ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb.Xarici ticarət dövriyyəsinin 11 milyard 879 milyon ABŞ dolları ixracın, 5 milyard 525 milyon ABŞ dolları isə idxalın payına düşüb. Son 1 ildə ixrac 35,2 % artıb, idxal isə 32,1 % azalıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO