“İkinci əl” təkərlər kəskin BAHALAŞDI

“İkinci əl” təkərlər kəskin BAHALAŞDI

Hazırda oxunan: “İkinci əl” təkərlər kəskin BAHALAŞDI

611316

“İkinci əl” təkərlər son aylarda kəskin bahalaşıb. Bunun ən əsas səbəbi isə yeni təkərlərin qiymətinin qalxmasıdır.

Dolların məzənnəsi, xammal olaraq neft qiymətləri, gömrük rüsumları, daşınma xərcləri artdıqca xaricdən gələn yeni təkərlər 30-40 faiz bahalaşıb. Təzə təkər almaq çoxuna sərf etməyəndə hamı ikinci ələ üz tutur. Tələb artanda bazar qaydası işləyir və işlənmiş təkərin də qiyməti qalxır”.

Bunu Bizim.Media-ya açıqlamasında Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli deyib.

O, qeyd edib qiymətlərin qalxmasının digər səbəbi təklifin azalmasıdır:

“Əvvəllər Avropadan, xüsusilə Almaniya və Polşadan konteynerlərlə gətirilən işlənmiş təkərlərin axını zəifləyib. Avropada ekoloji qaydalar sərtləşib, köhnə təkərlərin ixracına nəzarət güclənib. Üstəlik, daşınma xərcləri baha olduğu üçün onların idxalı sahibkarlara sərf etmir. Yerli "razborka"lardan çıxan təkərlər də azalıb, çünki insanlar maşını daha uzun müddət sürür, təkəri sona qədər istifadə edir, satışa yararlı təkər qalmır.

Başqa bir səbəb mövsümi faktordur. Yay girəndə, xüsusən aprel-may aylarında “təkər dəyişmə mövsümü” başlayır. Rayonlara gedənlər, taksi və yük maşını sürücüləri – hamısı birdən təkər axtarır. Mövsümi tələbin pik vaxtında satıcılar da qiyməti qaldırır. Qış təkərindən yay təkərinə keçid dövründə bu hər il baş verir, amma bu il yeni təkərin bahalığı ikinci əl bazarını daha da qızışdırıb.
 

Taksi və çatdırılma xidmətlərinin çoxalması da təkərlərin qiymətinə təsirsiz qalmayıb. “Bolt”, “Uber”, “Wolt” kimi platformalarda işləyən maşınların sayı kəskin artıb. Onlar ucuz başa gəlsin deyə həmişə ikinci əl təkər alır. Gündə 200-300 kilometr yol gedən maşının təkəri tez yeyilir, 6-7 aya dəyişmək lazım olur. Bu kütləvi tələb də qiymətin artmasına təkan verir.

Nəticədə keçən il 40-50 manata olan normal vəziyyətdə 15-lik “ikinci əl” təkər indi 70-90 manatdır. 17-18 düymlük təkərlər isə 120-150 manata çatıb. Əgər yeni təkərlərin idxalı ucuzlaşmasa və Avropadan axın bərpa olunmasa, “ikinci əl” bazarında qiymət daha da qalxacaq. Hazırda ən sərfəli yol təkəri mövsümdən qabaq - ajiotaj yaranmadan almaq və ya bir neçə sürücü ilə topdan alıb qiymət endirimindən faydalanmaqdır”.

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO