Azərbaycan daha bir ölkədən avtomobil almağa BAŞLADI

Azərbaycan daha bir ölkədən avtomobil almağa BAŞLADI

Hazırda oxunan: Azərbaycan daha bir ölkədən avtomobil almağa BAŞLADI
596945
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Ötən il Azərbaycana 648,65 milyon ABŞ dolları dəyərində 37 min 549 ədəd minik avtomobili (benzin və dizel mühərrikli) idxal edilib.

Bizim.Media xəbər verir ki, "Report.az"ın Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, 2024-cü ilin göstəricisindən dəyər ifadəsində 15 %, kəmiyyət olaraq – 29 % azdır.
 

Hesabat dövründə Azərbaycan Cənubi Koreyadan 113,8 milyon ABŞ dolları dəyərində (1 il əvvəlki göstəricidən 48 % çox) 11 min 131 ədəd (-46 %), Yaponiyadan 97,7 milyon ABŞ dolları dəyərində (-37 %) 2 min 151 ədəd (-62 %), Böyük Britaniyadan 91,1 milyon ABŞ dolları dəyərində (+31 %) 1 min 668 ədəd (-2 %), Almaniyadan 80,6 milyon ABŞ dolları dəyərində (-5 %) 3 min ədəd (-31 %), Amerika Birləşmiş Ştatlarından 72 milyon ABŞ dolları dəyərində (+3 %) 7 min 959 ədəd (-5 %) avtomobil alıb.


Ötən il son 14 ildə (qeyd: xarici ticarət üzrə açıq istifadədə olan rəsmi statistika 2011-ci ilə kimidir) ilk dəfə olaraq Reyunyon adasından tədarük (54,2 min ABŞ dolları dəyərində 3 ədəd) həyata keçirilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO