Azərbaycan bu ölkəyə 120 ton at əti satıb

Azərbaycan bu ölkəyə 120 ton at əti satıb

Hazırda oxunan: Azərbaycan bu ölkəyə 120 ton at əti satıb
592741
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Ötən il Azərbaycandan 120 ton at əti ixrac edilib.

Bizim.Media xəbər verir ki, bunu trend.az-a açıqlamasında AQTA-nın İdxal və İxraca Nəzarət Şöbəsinin müdiri Əkbər Əliyev bildirib. Onun sözlərinə görə, at əti Azərbaycandan Qazaxıstan Respublikasına ixrac edilib.

Şöbə müdiri onu da qeyd edib ki, 2024-cü ildə isə Azərbaycandan heç bir ölkəyə at əti ixrac edilməyib.

Qeyd edək ki, at əti əsasən Orta Asiya, bəzi Avropa və Asiya ölkələrində ənənəvi mətbəxin bir hissəsi kimi istehlak edilir. 
 

Ən çox istehlak edildiyi ölkələrə Qazaxıstan, Qırğızıstan, Monqolustan, Yaponiya, Çin, həmçinin İtaliya, Fransa və Meksika daxildir. Qazaxıstan və Qırğızıstanda bu ət növü xüsusilə məşhurdur. 


Bu ölkələrdə at əti zülal və dəmir baxımından zəngin hesab edilir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO