Azərbaycana turist axını AZALIB – RƏSMİ

Azərbaycana turist axını AZALIB – RƏSMİ

Hazırda oxunan: Azərbaycana turist axını AZALIB – RƏSMİ
592293
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

2025-ci ildə Azərbaycana 189 ölkədən 2 milyon 570,2 min və yaxud 2024-cü illə müqayisədə 2,1 % az əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib.

Bizim.Media Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, gələnlərin 23,9 %-i Rusiya, 17,7 %-i Türkiyə, 8,1 %-i İran, 6,5 %-i Hindistan, 4,3 %-i Gürcüstan, 4,1 %-i Səudiyyə Ərəbistanı, 4 %-i Qazaxıstan, 3,5 %-i Pakistan, 2,7 %-i İsrail, 2,5 %-i Çin, 2,4 %-i Özbəkistan, 1,7 %-i Birləşmiş Ərəb Əmirlikləri, 1,4 %-i Ukrayna, 1,3 %-i Türkmənistan, hər biri 1 % olmaqla Belarus, Böyük Britaniya və Küveyt, 12,9 %-i digər ölkələrin vətəndaşları olub, 67 %-ini kişilər, 33 %-ini qadınlar təşkil edib.

İl ərzində İsraildən gələnlərin sayı 2,4 dəfə, Tacikistandan - 1,6 dəfə, İordaniyadan - 49,9 %, Çindən - 41,7 %, Özbəkistandan - 34,3 %, Qırğızıstandan - 33,7 %, Niderlanddan - 27,5 %, Yaponiyadan - 25,8 %, Qazaxıstandan - 20,1 %, İtaliyadan - 13,7 %, Pakistandan - 12,5 %, Almaniyadan - 11,1 % artıb.
 

O cümlədən Avropa İttifaqına üzv ölkələrdən gələnlərin sayı 7 % artaraq 120,1 min nəfər, körfəz ölkələrindən gələnlərin sayı 2,4 % azalaraq 414,8 min nəfər, MDB ölkələrindən gələnlərin sayı 8,2 % azalaraq 865,7 min nəfər olub, digər ölkələrdən gələnlərin sayı isə 2 % artaraq 1 milyon 169,6 min nəfər təşkil edib.


Ölkəyə gələn əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin 75,8 %-i hava, 22,9 %-i dəmir yolu və avtomobil, 1,3 %-i isə dəniz nəqliyyatından istifadə edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO