"27 ildən sonra Ağdamda işıq yanacaq" - VİDEO

Hazırda oxunan: "27 ildən sonra Ağdamda işıq yanacaq" - VİDEO
44289
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Ağdam rayonunun Azərbaycanın ümumi enerji sisteminə qoşulması, dayanıqlı və fasiləsiz elektrik enerjisi ilə təchiz edilməsi məqsədi ilə “Azərenerji” ASC tərəfindən 2 yerdə 110/35/10 kilovoltluq “Ağdam-1” və “Ağdam-2” yarımstansiyaları tikilir.

Bu barədə Bizim.Media-ya qurumun mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə, digər rayonlardan fərqli olaraq burada iki yerdə 110 kilovoltluq yarımstansiyaların tikilməsi Ağdam ərazisinin böyük olması və rayonda iri həcmli layihələrin gerçəkləşəcəyi nəzərə alınaraq inşa edilir. 

Prezidentin Xüsusi Nümayəndəsi Emin Hüseynovun sözlərinə görə, hər iki yarımstansiyada işlərin başa çatması çox sevindirici və əlamətdar hadisədir. “Bu gün biz qeyd edə bilərik ki, yarımstansiyalar qrafikdən qabaqlama rejimində icra olunub və Ağdama şəhərinə 27 ildən sonra işıq çəkə bildik. Bu günü bizə yaşatdığına görə Müzəffər Ali Baş Komandana dərin minnətdarlığımızı bildiririk. Bundan sonra Ağdamı, ümumiyyətlə Qarabağı cənnətə çevirəcəyik".

“Ağdam-1” yarımstansiyası rayon mərkəzinin girişində, keçmiş avtovağzalın yanında, “Ağdam-2” yarımstansiyası isə rayonun Əsgərana yaxın, Şelli kəndi istiqamətində inşa edilir. “Azərenerji”nin Qarabağ Regional Şəbəkəsinin rəisi Mircəlal Hüseynov isə bildirir ki, yarımstansiyalarda quraşdırılan avadanlıqların hamısı müasir standartlara cavab verir. “Hamısı mikroprosessor tipli avadanlıqlardır. “Ağdam-1” və “Ağdam-2” yarımstansiyaları məsafədən idarə olunan SCADA dispetçer idarəetmə sisteminə tam inteqrasiya olunacaq”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO