
- A-
- A
- A+
9 ayda Azərbaycan iqtisadiyyatı təxminən 5 faiz artıb – Prezident
"Bu gün Azərbaycan iqtisadiyyatı pandemiya böhranından sonra dirçəlib. Doqquz ayın rəqəmləri müsbətdir, iqtisadiyyat təxminən 5 faiz artıb, sənaye də artıb, qeyri-neft sənayesi isə təxminən 20 faiz artıb".
Bizim.Media xəbər verir ki, bu rəqəmləri Prezident İlham Əliyev Füzuli rayon ictimaiyyətinin nümayəndələri ilə görüşündə səsləndirib.
MÖVZU İLƏ BAĞLI:
“Zəngilan, Qubadlı, Kəlbəcər və Laçının baş planları hazırlanır” – Prezidentdən açıqlama
Dövlətimizin başçısı deyib ki, bütün bu bərpa işləri böyük vəsait tələb etsə də, bunu öz imkanlarımız çərçivəsində edəcəyik:
“Mən tam əminəm ki, bütün planlarımız maksimum qısa müddət ərzində həyatda öz əksini tapacaq, Qarabağ və Şərqi Zəngəzur nəinki Azərbaycanın, dünyanın ən gözəl yerlərindən birinə çevriləcəkdir”.
Bizim.Media
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
































































































