Xankəndidə kommunal xidmətlərin ödənişi hansı pulla ödəniləcək? - VİDEO

Xankəndidə kommunal xidmətlərin ödənişi hansı pulla ödəniləcək? - VİDEO

Hazırda oxunan: Xankəndidə kommunal xidmətlərin ödənişi hansı pulla ödəniləcək? - VİDEO

156982

Lokal antiterror tədbirləri nəticəsində  separatçılardan təmizlənən ərazilərdə  kommunal xidmətlər ölkəmiz tərəfindən həyata keçiriləcək. Xankəndi şəhərinə Azərbaycan tərəfindən elektrik enerjisinin verilməsi bu istiqamətdə atılan addımlardan biridir.

Bizim.Media xəbər verir ki, bunu Xəzər televiziyasına millət vəkili  Naqif Həmzəyev deyib.

Onun sözlərinə görə, həmin ərazilərdə kommunal xidmətlərin tam qaydasına düşməsi üçün zamana ehtiyac var. Çünki əvvəlcə reinteqrasiya prosesinin yekunlaşmasını gözləmək lazımdır.

Naqif Həmzəyev qeyd edib ki, illər sonra Azərbaycanın nəzarətinə  keçən ərazilərdə  aidiyyatı qurumlar tərəfindən kommunal təsərrüfat sahələri dərindən öyrənilməlidir. Köhnə  üsulla qurulan şəbəkənin Azərbaycan şəbəkəsinə  inteqrasiya olunması üçün sistemli iş görülməlidir.

Millət vəkili həmin yerlərdə kommunnal ödənişlərin hansı pul vahidi ilə ediləcəyi məsələsinə də aydınlıq gətirib.

O, sözügedən ərazilərdən Ermənistan bank sistemi çıxarılacaq, ödənişlər üçün yerli bankaların ofisləri açılacaq.

Daha ətraflı videomaterialda:



Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO