Qarabağda dabaq xəstəliyindən azad zonanın yaradılmasına BAŞLANILDI

Qarabağda dabaq xəstəliyindən azad zonanın yaradılmasına BAŞLANILDI

Hazırda oxunan: Qarabağda dabaq xəstəliyindən azad zonanın yaradılmasına BAŞLANILDI

142899

Şərqi Zəngəzur və Qarabağ iqtisadi rayonlarının bir hissəsini əhatə edən ərazidə dabaq xəstəliyindən azad zonanın yaradılması üçün prosedurların icrasına başlanılıb.

Bizim.Media xəbər verir ki, bu barədə bu gün Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) şöbə müdiri, respublikanın baş dövlət baytarlıq müfəttişi Qalib Əbdüləliyev Qurban bayramı günlərində heyvan kəsimi və satışı fəaliyyətlərinə həsr olunmuş brifinqdə bildirib. 

Onun sözlərinə görə, son illər respublikada beynəlxalq təcrübənin tətbiq olunması yolu ilə heyvan sağlamlığı və baytarlıq nəzarəti mexanizmlərinin inkişaf etdirilməsi, dünya baytarlıq sisteminə inteqrasiya, beynəlxalq təşkilatlar və ticarət tərəfdaşları olan ölkələrlə intensiv əməkdaşlığın qurulması və digər istiqamətlərdə nəzərəçarpacaq dərəcədə mühüm nəticələr əldə edilib. 
Q.Əbdüləliyev deyib ki, Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının (ÜHST) ekspertləri tərəfindən ölkənin baytarlıq sisteminin qiymətləndirilməsi aparılıb.

Beynəlxalq standartlar üzrə aparılmış qiymətləndirmədə bir sıra vacib aspektlər yüksək qiymətləndirilib və ölkədə bu sahədə əsaslı irəliləyişə nail olunduğu qeyd edilib. Müvafiq məlumatların əks olunduğu hesabat ÜHST-ə təqdim edilib. Qiymətləndirmə planına quduzluq xəstəliyi ilə bağlı xüsusi araşdırma da daxil edilib. Eləcə də AQTA-nın təşkilatçılığı ilə regionda ilk dəfə helikopterdən istifadə olunmaqla, dağətəyi zonada aldadıcı yem vasitəsilə vəhşi heyvanların quduzluğa qarşı peyvəndlənməsi aparılıb. 

Həmçinin baş dövlət baytarlıq müfəttişi vurğulayıb ki, ölkənin heyvan xəstəliklərindən azad olmasının təsdiqlənməsi üçün məqsədyönlü tədbirlərin icrasına başlanıb.

Xırdabuynuzlu heyvanların taun xəstəliyindən azad olunma statusunun təsdiqlənnməsi üçün respublikada aparılan işlər ÜHST və Birləşmiş Millətlər Təşkilatının Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) müvafiq qurumları tərəfindən məqbul hesab edilib və bununla bağlı müvafiq hesabat hazırlanıb. Hazırda əlavə tələblərin yerinə yetirilməsi üçün işlər aparılır və hesabat müvafiq qrafikə uyğun olaraq, cari ilin avqustunda ÜHST-ə təqdim ediləcək.

Eyni zamanda Şərqi Zəngəzur və Qarabağ iqtisadi rayonlarının bir hissəsini əhatə edən ərazidə (Zəngilan, Qubadlı və Cəbrayıl rayonları tam, Laçın, Füzuli və Xocavənd rayonları qismən əhatə olunmaqla) dabaq xəstəliyindən azad zonanın yaradılması üçün prosedurların icrasına başlanılıb.
Bunun üçün ÜHST və FAO-nun ekspertləri ilə birlikdə əraziyə baxış keçirilərək müvafiq sərhədlər və icra prosedurları təyin olunub.

Q.Əbdüləliyev onu da qeyd edib ki, ölkəmiz 2023-2026-cı illər üzrə dabaq xəstəliyi üzrə Regional məsləhət qrupunun sədri seçilib. 14 ölkənin daxil olduğu region üzrə qrupun sədri seçilmək ölkəmizə göstərilən xüsusi etimad olmaqla yanaşı, bir sıra məsələlərdə respublikanın təşkilatçı və donor kimi çıxış etməsinə imkan yaradıb.

Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO