Manatın ikinci devalvasiyası baş verərsə...  - VİDEOSORÄžU

Manatın ikinci devalvasiyası baş verərsə... - VİDEOSORÄžU

Hazırda oxunan: Manatın ikinci devalvasiyası baş verərsə... - VİDEOSORÄžU

112091
Son günlər ölkə və dünya iqtisadiyyatında baş verənlər manata təzyiqləri daha da artırır. Milli valyutanın növbəti devalvasiyaya getməsi ilə bağlı iqtisadçılar da, əhali də narahatdır. Ölkə iqtisadiyyatı hələ birinci devalvasiyanın yaratdığı böhrandan çıxmamış manatın ikinci dəfə ucuzlaşması daha pis nəticələrə səbəb ola bilər. 

Lakin həm Mərkəzi Bankın valyuta ehtiyatlarının azalması, həm dünya bazarında neftin qiymətinin son psixoloji hədd olan 40 dollardan aşağı düşməsi və ölkəyə daxil olan xarici valyutanın azalması, həm də ABŞ Mərkəzi Bankının uçot dərəcələrinin artırılması ilə bağlı qərarından sonra dolların bahalaşması və digər amillər manatın ucuzlaşmasını şərtləndirir. 

Bəs, görəsən müxtəlif sahələrdə bahalaşmanın sürətləndiyi bir vaxtda əhali ikinci devalvasiya şokuna hazırdırmı? Manatın yenidən ucuzlaşması ehtimalı sadə insanları narahat edirmi?

Musavat.com bu suallara aydınlıq gətirmək üçün paytaxt sakinləri arasında sorğu keçirib. 

Daha ətraflı aşağıda təqdim etdiyimiz videodan izləyə bilərsiniz:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO