Azərbaycan Premyer Liqası - Bu gün daha 2 oyun keçiriləcək

Azərbaycan Premyer Liqası - Bu gün daha 2 oyun keçiriləcək

Hazırda oxunan: Azərbaycan Premyer Liqası - Bu gün daha 2 oyun keçiriləcək
99379
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında X turun daha 2 oyunu keçiriləcək.

Bizim.Media xəbər verir ki, günün ilk matçı Tovuzda olacaq. 

11 xalla 6-cı sırada yer alan "Turan Tovuz" 8 xalla turnir cədvəlində özündən 1 pillə aşağıda qərarlaşan "Səbail"lə qarşılaşacaq.

Komandalar arasında yeganə qarşılaşma cari mövsümə təsadüf edib. Bölgə təmsilçisi səfərdə 1:0 hesabı ilə qalib gəlib.

Turun digər oyununda "Zirə" "Sabah"ın qonağı olacaq. Murad Musayevin baş məşqçi olduğu meydan sahibləri hazırda 22 xalla 2-ci, Rəşad Sadıqovun rəhbərlik etdiyi qonaqlar isə 16 xalla 4-cü pillədə qərarlaşıblar.

İki komanda indiyədək ölkə çempionatında 16 dəfə qarşılaşıb. Bunların 7-də meydan sahibləri, 4-də qonaqlar qələbə qazanıb. 5 oyun heç-heçə başa çatıb. Topların nisbəti də "Sabah"ın xeyrinədir - 25:21.

Tərəflər arasındakı son 7 görüşdə ən azı 2 qol qeydə alınıb. Ardıcıl iki dəfə eyni hesabla uduzan “Zirə” son 8 oyunda meydanı qolsuz tərk etməyib.

Azərbaycan Premyer Liqası

15 oktyabr (şənbə)

15:00. “Turan Tovuz” – “Səbail”
Hakimlər: Kamal Umudlu, Rəhman İmami, Vüsal Məmmədov, Kamranbəy Rəhimov
Hakim-inspektor: Babək Quliyev
Tovuz şəhər stadionu.

17:30. “Sabah” – “Zirə”
Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Pərvin Talıbov, Cavid Cəlilov
Hakim-inspektor: Munis Abdullayev
“Bank Respublika Arena".

Qeyd edək ki, turun açılış oyununda "Şamaxı" evdə "Qəbələ" ilə heç-heçə edib - 1:1. Tura oktyabrın 16-da keçiriləcək "Kəpəz" - "Neftçi" və "Qarabağ" - "Sumqayıt" matçları ilə yekun vurulacaq.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO