Təyyarədə uçmaqdan qorxan dünya çempionu haqda maraqlı FAKTLAR - VİDEO

Təyyarədə uçmaqdan qorxan dünya çempionu haqda maraqlı FAKTLAR - VİDEO

Hazırda oxunan: Təyyarədə uçmaqdan qorxan dünya çempionu haqda maraqlı FAKTLAR - VİDEO

8796

"Əsla mənə yaxşı olduğumu söyləməyin. Çünki mən ən yaxşıların da yaxşısıyam".

Bizim.Media xəbər verir ki, bu sözlər 1942-ci ilin bu günündə - yanvarın 17-si ABŞ-ın Kenntuki əyalətində (Luisvil) doğulan gəlmiş-getmiş ən yaxşı boksçu Məhəmməd Əliyə məxsusdur. O, 2016-cı ilin 3 iyun tarixində vəfat edib.

İrlandiya əsilli atası onu XIX əsrdə köləliyə qarşı çıxış edən Kassius Kleyin şərəfinə adlandırıb.

TİME jurnalının açıqladığı "Tarixin ən dahi 100 şəxsiyyəti" arasında adı olan yeganə idmançıdır.

BBC telekanalının sorğularında Məhəmməd Əli şöhrətinə görə, A.Hitler, A.Enşteyn və Makedoniyalı İsgəndəri geridə qoyub.

Məhəmməd Əli 3 qat dünya çempionu tituluna yiyələnən ilk ağırçəkili boksçu kimi də tarixə keçib. Əli həmçinin, 3 dəfə Mütləq Dünya Çempionu adına sahib çıxmış yeganə boksçudur.

Dögüş stilini isə, elə öz sözləri ilə təsvir etmək olar: "Kəpənək kimi uçaram, arı kimi sancaram".

Deyilənə görə, 1960-cı il Roma Olimpiya oyunlarından çempiona qaradərili olduğu üçün xidmət etməyən ofisianta hirslənən boksçu qızıl medalını çaya atır. Əli özü isə, medalı atmadığını, amms itirdiyini etiraf edir.

Boksla 12 yaşından məşğul olur. Səbəb isə, onun ağ-qırmızı velosipedinin oğurlanması idi.

ABŞ ordusunda hərbi xidtdən imtina edir və 3 il boksdan uzaqlaşdırılır, titullarından məhrum olur. Aerofobiyası var idi. Rinqlərin xofsuz döyüşçüsü təyyarə ilə uçmaqdan qorxurdu.

Müziklda rol alan boksçunun, şəxsi musiqi albomu da satışa çıxıb. Sənədli filmdə iştirakına görə "Oskar" mükafatına layiq görülüb. 4 dəfə ailəli olub.

3 dəfə nokdauna düşsə də, onu nokauta göndərən olmayıb. Zərbəsinin sürəti Brus Li ilə eyni idi. (0,20 saniyə)

1984-cü ildən "Parkinson" xəstəliyindən əziyyət çəksə də, fəal həyat sürüb və xeyriyyəçiliklə məşğul olub. 6 döyüşü ilin ən yaxşı döyüşü seçilib. Hələki bunu təkrarlayan olmayıb. 108 döyüşdən 100-də qalib gəlib.

Digər güclü boksçu Mayk Tayson 1988-ci ildə Məhəmməd Əlinin qan intiqamını alıb. Rinq hesablaşmasını Dəmir Mayk belə adlandırır.

Çünki uşaq ikən o, bir döyüşdə Əlini məğlub edən Larri Holmsu məğlub edəcəyini söz verib. Tayson vədinə əməl edir.

Yeri gəlmişkən, Məhəmməd Əli uduzduğu (Freyzer istisna) döyüşlərin çoxunda sağlamlığı yaxşı vəziyyətdə olmayıb və əslində həmin vaxt Əli döyüşə bilməzdi.

"Hollywood Walk of Fame" (Hollivud Məşhurlar Xiyabanı) ABŞ Kaliforniya əyalətinin Los Anceles şəhərində məşhurların adlarının yazıldığı piyada (səki) yoludur. 

2002-ci ildə isə Məşhurlar Xiyabanı rəsmiləri öz ənənələrini pozaraq İslam dinini qəbul edən amerikalı boksçu Məhəmməd Əlinin adını divara yazıb. Buna səbəb isə İslam dininin iki əhəmiyyətli şəxsinin adını daşıyan boksçunun bu adların ayaq altında qalmasına razılıq verməməsi olub. 

Ticarət mərkəzlərinin birində məşhur boksçu Məhhəmməd Əliyə CNN jurnalisti Mc.Oneli sual verir:

"11 sentyabr terror hadisəsini gerçəkləşdirən terroristlərlə eyni dini paylaşmaqla nə hiss edirsiniz?"

- Siz Hitler ilə eyni dini paylaşan insan kimi nə hiss edirsizsə mən də onu…

- Mən siqaret çəkmirəm,amma hər zaman cibimdə  kibrit paketi olur. Nə vaxt bir günah işlədəndə,bir kibriti yandırıb  əlimi atəşə yaxınlaşdırıram və özümə deyirəm ki: "Əli, sən bu atəşə dözə bilmirsən, Cənənnəm atəşinə necə dözəcəksən?

Anar Rəhimov, Bizim.Media

 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO