Daha bir boksçumuz yarımfinala yüksəldi

Daha bir boksçumuz yarımfinala yüksəldi

Hazırda oxunan: Daha bir boksçumuz yarımfinala yüksəldi
65692
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Xorvatiyanın Poreç şəhərində 22 yaşadək boksçular arasında Avropa çempionatında 1/4 final mərhələsinin görüşləri davam edir.

Bizim.Media xəbər verir ki, Azərbaycan millisinin bu mərhələdə mübarizə aparan 3-cü boksçusu da çıxışını qələbə ilə başa vurub.

Ruslan Qədirov (54 kq) da Nicat Hüseynov (51 kq) və Cəlal Qurbanovun (63,5) ardınca adını yarımfinala yazdırıb. O, 1/4 finalda Marian Çinionu (Rumıniya) məğlub edib – 5:0 (30:27, 30:27, 29:28, 30:26, 29:28).

Boksçumuz komanda yoldaşları kimi yarımfinala yüksəlməklə özü üçün ən azı bürünc medalı da təmin edib.

Qeyd edək ki, bu gün Azərbaycan yığmasının daha 2 boksçusu 1/4 final döyüşünə çıxacaq.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO