AÇ-dəki idmançılarımızın rəqibləri müəyyənləşdi

AÇ-dəki idmançılarımızın rəqibləri müəyyənləşdi

Hazırda oxunan: AÇ-dəki idmançılarımızın rəqibləri müəyyənləşdi
65442
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Xorvatiyanın Poreç şəhərində 22 yaşadək oğlan boksçular arasında Avropa çempionatında 1/8 final döyüşləri başa çatıb. 

Bizim.Media xəbər verir ki, bu mərhələnin yekununa əsasən, Azərbaycan millisinin üzvləri – Ruslan Qədirov (54 kq) və Maqsud Xasmetovun (57 kq) rəqibləri dəqiqləşib. 

1/8 finalda Başkim Bayokunu (Kosovo) 5:0 hesabı ilə məğlub edən Marian Çinio (Rumıniya) mərhələ adladığından ilk döyüşdən azad olan Qədirovla qarşılaşacaq. 

Xasmetov isə 1/4 finalda Taha Akkoyunla (Türkiyə) gücünü yoxlayacaq. Qardaş ölkə təmsilçisi Matteu Teylora (İrlandiya) 5:0 hesabı ilə qalib gəldiyindən boksçumuza rəqib olub. 

Hər 2 görüş martın 19-da baş tutacaq. 

Həmin gün yığmamızın digər üzvləri Nicat Hüseynov (51 kq), Cəlal Qurbanov (63,5) və Nəbi İsgəndərov (67 kq) da yarımfinal üçün mübarizə aparacaq. Boksçularımız müvafiq olaraq, Antonio Payva (İrlandiya), İqor Kovtun (Ukrayna) və Hüqo Qrau (Fransa) üz-üzə gələcək. 
Qeyd edək ki, Avropa çempionatında qaliblərinin adları martın 23-də bəlli olacaq. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO