“Əks halda, bu vəzifə Torala həvalə olunacaq”

“Əks halda, bu vəzifə Torala həvalə olunacaq”

Hazırda oxunan: “Əks halda, bu vəzifə Torala həvalə olunacaq”
647903
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Azərbaycan millisinin baş məşqçisi Ayxan Abbasov Andorra yığmasına qarşı keçiriləcək yoldaşlıq görüşü öncəsi fikirlərini bölüşüb.

Bizim.Media xəbər verir ki, mütəxəssis qarşılaşmadan əvvəl təşkil olunan mətbuat konfransında bunları deyib:

“İlk növbədə, Emin Mahmudova təşəkkür edir, ona uğurlar arzulayıram. Milli komandada çox futbolçu çıxış edib, amma əsas məsələ iz qoymaqdır. Emin də bunu bacaran oyunçulardandır. Bir məşqçi kimi onun oyununu hər zaman bəyənmişəm. Sabah Emin üçün meydana çıxacağıq. Andorra ilə qarşılaşma bu ilin son oyunu olacaq. Rəqibimiz inkişaf mərhələsində olan komandalardan biridir.

Sabah heyətdə müəyyən dəyişikliklər edəcəyik. Düşərgəyə dəvət olunan bütün futbolçulara, xüsusilə gənclərə şans vermək istəyirik. Məqsədimiz qələbə qazanmaqdır və bunun üçün əlimizdən gələni edəcəyik.

Penalti təyin olunarsa, zərbəni kimin yerinə yetirəcəyinə gəlincə, Emin Mahmudov meydandadırsa, penaltini o vuracaq. Əks halda bu vəzifə Toral Bayramova həvalə olunacaq. Heyətlə bağlı isə onu deyə bilərəm ki, Anton Krivotsyukdan başqa itkimiz yoxdur”. (Qafqazinfo.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO