
- A-
- A
- A+
Ukrayna Rusiyanın "Axtubinsk" hərbi aerodromuna zərbə endirdi: 30 partlayış oldu - Video
Noyabrın 15-ə keçən gecə Rusiyanın Həştərxan vilayətində yerləşən "Axtubinsk" hərbi aerodromunda güclü partlayışlar baş verib.
Bizim.Media xəbər verir ki, UNİAN Telegram kanalının məlumatına görə, obyektin ərazisində 30 partlayış eşidilib.
Zərbələrin yalnız uçuş-enmə zolağına və infrastrukturuna deyil, həmçinin döyüş təyyarələrinin dayanacaqlarına və sursat anbarlarına da dəydiyi bildirilir.
"Axtubinsk" aerodromu Rusiya Müdafiə Nazirliyinin yeni hərbi təyyarələrin və silahların sınaqdan keçirildiyi 929 saylı Dövlət Uçuş-Sınaq Mərkəzinin yerləşdiyi əsas obyektlərdən biridir. Eyni zamanda, bu aerodromda Ukrayna şəhər və kəndlərinə idarə olunan aviasiya bombaları (KAB) atılan Su-34 qırıcı-bombardmançıları da yerləşir.
Həmin gecə Rusiyada baş verən digər hadisələr fonunda Tatarıstandakı "Nijnekamskneftexim" neft-kimya zavodunun da dron hücumuna məruz qaldığı və nəticədə müəssisədə miqyaslı yanğın baş verdiyi bildirilir.
Bundan əlavə, Rostov vilayətindəki R-280 avtomobil yolu üzərində yerləşən və hərbi texnikanın daşınmasında istifadə olunan Mius çayı üzərindəki körpünün də zədələndiyi qeyd olunur.
Bizim.Media
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.































































































