
- A-
- A
- A+
Türkiyədə şok anlar: Futbolçuları daşıyan avtobus yandı
Türkiyənin Karaman şəhərində Karaman FK futbolçularını daşıyan avtobusda baş verən yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.
Bizim.Media xəbər verir ki, Nesine 3-cü Liqasında mübarizə aparan Karaman FK futbolçularını Mersinin Silifke rayonunda Yeni Mersin İdmanyurdu ilə keçirəcəkləri oyuna aparan, Kazımkarabəkir Bələdiyyəsinə məxsus, M.B.-nin idarə etdiyi 70 BE 008 dövlət nömrə nişanlı avtobusun mühərrik hissəsində Karaman-Konya avtomobil yolunun şəhər girişində yanğın başlayıb.
Yanğını görən futbolçuların xəbərdarlığından sonra avtobus yolun kənarında saxlanılıb və sərnişinlər təxliyə edilib.
Hadisə barədə məlumat daxil olduqdan sonra əraziyə yanğınsöndürənlər və polis əməkdaşları göndərilib.
Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb. Hadisə nəticəsində avtobusa ziyan dəyib.
Karaman FK-nın baş məşqçisi Özgür Polat jurnalistlərə açıqlamasında Silifke səfərinə yola düşdüklərini bildirib.
Səfər zamanı avtomobildən tüstü qoxusu gəldiyini hiss etdiklərini və sürücüyə xəbərdarlıq etdiklərini deyən Polat bildirib:
“Şofer də artıq avtomobilin dayandığını, elektrik enerjisinin kəsildiyini dedi. Həmin vaxt qapının açılmadığını gördük. Qapını açmaq üçün xeyli çalışdıq. Qapını açdıqdan sonra tüstü yüksəlməyə, alov görünməyə başladı. Avtobusdan uzaqlaşaraq təhlükəsiz yerə keçdik. Daha sonra yanğınsöndürənlər yanğını söndürdülər. Hazırda xəsarət alan futbolçumuz və ya əməkdaşımız yoxdur. Oyunun keçirilib-keçirilməyəcəyi ilə bağlı son qərarı federasiya verəcək. Federasiyadan gələcək açıqlamaya uyğun hərəkət edəcəyik”.
Bizim.Media
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.































































































