Budapeştdə 3-cü Azərbaycan nar festivalı keçirildi - Foto

Budapeştdə 3-cü Azərbaycan nar festivalı keçirildi - Foto

Hazırda oxunan: Budapeştdə 3-cü Azərbaycan nar festivalı keçirildi - Foto
647882
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Budapeştdə lll Azərbaycan nar festivalı keçirilib. Tədbir Azərbaycanın zəngin mədəni irsini, milli ənənələrini və qastronomiyasını macar auditoriyasına tanıtmağa xidmət edib. 

Bizim.Media  xəbər verir ki, festival Timea Törökün Azərbaycan turizmi, tur bələdçiliyi və ekskursiya proqramı çərçivəsində, Budapeştdəki Azərbaycan Evi ilə əməkdaşlıq şəraitində təşkil olunub.

Bildirilib ki, festivalın Macarıstanda üçüncü dəfə təşkili Azərbaycan mədəniyyətinə, mətbəxinə və ənənələrinə artan marağın göstəricisidir.

Azərbaycan mədəniyyətində nar sadəcə meyvə deyil, o, bolluğu, məhsuldarlığı, rifahı, birliyi və sevinci təcəssüm etdirən milli simvoldur. Ölkənin mədəni irsində köklü iz buraxan nar ənənələrimizdə, folklorumuzda, incəsənətimizdə və qastronomiyamızda mühüm yer tutur.

Festivalın məqsədi Azərbaycanın mədəni kimliyinin bu mühüm elementini macar auditoriyasına tanıtmaq, eyni zamanda, ölkəmizin ənənələrini, dəyərlərini və zəngin qonaqpərvərliyini kəşf etmək imkanı yaratmaq olub.

Azərbaycan qastronomiyasının təqdimatı ilə yanaşı, tədbir iki ölkə arasında mədəni əlaqələrin möhkəmləndirilməsi, dialoqun təşviqi, yeni dostluqların qurulması və müxtəlif təbəqələrdən olan insanların ortaq mədəni dəyərlər vasitəsilə yaxınlaşması üçün mühüm platforma rolunu oynayıb.

Timea Törökün turizm və mədəniyyət proqramının mühüm məqsədlərindən biri Azərbaycanı yalnız cəlbedici turizm məkanı kimi deyil, həm də zəngin tarixi irsə, canlı mədəni həyata və özünəməxsus milli ənənələrə malik ölkə kimi təqdim etməkdir.

Budapeştdə 3-cü Azərbaycan nar festivalı keçirildi - Foto - foto 1
Budapeştdə 3-cü Azərbaycan nar festivalı keçirildi - Foto - foto 2
Budapeştdə 3-cü Azərbaycan nar festivalı keçirildi - Foto - foto 3
Budapeştdə 3-cü Azərbaycan nar festivalı keçirildi - Foto - foto 4
Budapeştdə 3-cü Azərbaycan nar festivalı keçirildi - Foto - foto 5
Budapeştdə 3-cü Azərbaycan nar festivalı keçirildi - Foto - foto 6

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO