Ölən oğlunun evini 6 milyona satır

Ölən oğlunun evini 6 milyona satır

Hazırda oxunan: Ölən oğlunun evini 6 milyona satır
647898
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Dünyaca məşhur model Sindi Kroufordun vəfat edən oğlu Presli Gerberin Hollivud Hillsdə yerləşən evi satışa çıxarılıb.

Bizim.Media  xəbər verir ki, 27 yaşında həyatını itirən Preslinin valideynləri onun mülkünü satmaq qərarına gəliblər.

Təxminən 280 kvadratmetr sahəsi olan malikanə 3 milyon 595 min dollara (təxminən 6 milyon 111 min manat) qiymətləndirilib. Presli evi üç il əvvəl 3,4 milyon dollara alıb.

1955-ci ildə tikilən malikanədə dörd yataq otağı və üç hamam var. Ərazidə ayrıca qonaq evi, hovuz və cakuzi də yerləşir.

İki min kvadratmetrdən çox ərazini əhatə edən mülk yaşıllıqlarla əhatə olunub. Evin pəncərələrindən ətraf kanyonlara mənzərə açılır.

Qeyd edək ki, Presli Gerber sentyabrın 20-də Santa-Monikadakı reabilitasiya mərkəzində vəfat edib. Onun ölümünün səbəbi ilə bağlı araşdırma aparılırdı.

Sindi Krouford və həyat yoldaşı Rendi Gerber oğullarının ölümündən sonra böyük kədər yaşadıqlarını bildiriblər. Model oğlu ilə bağlı paylaşımında onun mehriban, gözəl qəlbli və sevilən biri olduğunu vurğulayıb. (Axşam.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO