Lavrov: “Avropa İttifaqı qatarın sonuncu vaqonundan yapışmaq istəyir”

Lavrov: “Avropa İttifaqı qatarın sonuncu vaqonundan yapışmaq istəyir”

Hazırda oxunan: Lavrov: “Avropa İttifaqı qatarın sonuncu vaqonundan yapışmaq istəyir”
647861
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Rusiyanın xarici işlər naziri Sergey Lavrov Avropa İttifaqının Ukraynada müharibənin dayandırılması ilə bağlı danışıqlarda iştirak etmək istəyini tənqid edib.

Bizim.Media UNİAN-a istinadən xəbər verir ki, Lavrov Avropa Komissiyasının sədri Ursula fon der Lyayen və Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaya Kallasın açıqlamalarını perspektivsiz adlandırıb.

“Ursula fon der Lyayenin əvvəlcə atəşkəsin əldə olunmalı, yalnız bundan sonra Avropanın təhlükəsizliyi barədə danışılmalı olduğunu bildirməsi və ya Kaya Kallasın Rusiyanın maraqlarını nəzərə alan nizamlanmanı dəstəkləməyəcəklərini deməsi tamamilə perspektivsiz mülahizələrdir”, – Lavrov bildirib.

O, Avropa İttifaqının danışıqlara qoşulmaq istəyini qatarın getdiyini anlayaraq sonuncu vaqondan yapışmağa cəhd etməsi ilə müqayisə edib.

Lavrov əlavə edib ki, Avropanın bu cəhdləri onun danışıqlarda hansı rola malik ola biləcəyini düzgün anladığını göstərmir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO