İran Körfəz ölkələrini ABŞ-a logistik dəstək verməkdə ittiham etdi

İran Körfəz ölkələrini ABŞ-a logistik dəstək verməkdə ittiham etdi

Hazırda oxunan: İran Körfəz ölkələrini ABŞ-a logistik dəstək verməkdə ittiham etdi
647818
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Yaxın Şərqdə hərbi və diplomatik gərginlik yüksələn xətt üzrə davam edir.

Bizim.Media xəbər verir ki, İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqai mətbuat konfransında çıxış edərək Tehranın qonşu ölkələrə endirdiyi zərbələri BMT Nizamnaməsinin 51-ci maddəsi ilə əsaslandırıb.

O, İranın hücumlarının sırf müdafiə xarakteri daşıdığını və yalnız İrana zərbə endirmək üçün istifadə olunan ABŞ hərbi bazalarını hədəf aldığını bildirib.

Bəqayi həmçinin Körfəz ölkələrini ABŞ-nin İrana qarşı hərbi əməliyyatlarına logistik dəstək verməkdə və öz ərazilərindəki bazalardan raket, PUA və təyyarələrin buraxılmasına şərait yaratmaqda ittiham edib. Sözçü bununla bağlı Tehranın əlində sübutların olduğunu və məsələnin diplomatik kanallarla ciddi şəkildə izləniləcəyini qeyd edib.

Nüvə məsələsinə də toxunan İran XİN rəsmisi Vaşinqtonla uranın zənginləşdirilməsinin dayandırılması və ya azaldılması ilə bağlı heç bir müzakirənin aparılmadığını qəti şəkildə bəyan edib:

“Xeyr, biz indi ümumiyyətlə o mərhələdə deyilik. Bu müddət ərzində nüvə məsələsi ilə bağlı detallar üzrə heç bir müzakirəmiz olmayıb”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO