Metroya yaxın ərazilərdə evlərin qiyməti bahalaşdı - Video

Metroya yaxın ərazilərdə evlərin qiyməti bahalaşdı - Video

Hazırda oxunan: Metroya yaxın ərazilərdə evlərin qiyməti bahalaşdı - Video
647890
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

İstər yeni tikililərdə, istərsə də köhnə mənzillərdə qiymətlər yüksəlir. Bahalaşma kirayə mənzil bazarında da müşahidə edilir.

Bizim.Media Xəzər TV-yə istinadən xəbər verir ki, Qiymətləndiricilər Palatasının məlumatlarına görə, 2026-cı ilin üçüncü rübündə mənzil bazarında qiymət indeksi ötən ilin eyni dövrü ilə müqayisədə 8,4 faiz yüksəlib.

İlkin mənzil bazarında bahalaşma 10,4 faiz, təkrar mənzil bazarında isə 8,4 faiz təşkil edib.

Kirayədə isə 2026-cı ilin sentyabr ayında icarəçilərin ödədiyi kirayə haqları illik müqayisədə 5,7 faiz, aylıq müqayisədə isə 1,9 faiz artıb.

Əmlak eksperti Elnur Fərzəliyev deyir ki, qiymət artımları daha çox çıxarışlı, ümumi sahəsi az olan və ipoteka predmetinə çevrilən əmlaklarda müşahidə olunur.

Xüsusilə Nəsimi, Nərimanov, Yasamal və Xətai rayonlarında yerləşən mənzillər bazarda aktiv təklif olunan əmlaklar sırasındadır.

Digər tərəfdən, mərkəzdən kənar ərazilərdə də yeni tikililərə və daha münasib qiymətli mənzillərə maraq qalmaqdadır.

Kirayə mənzillərin qiymətinə gəldikdə isə paytaxtın mərkəzi ərazilərində bahalaşma daha çox hiss olunur.

Daha ətraflı videomaterialı təqdim edirik:


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO