Prezident: Radio və televiziya Azərbaycan həqiqətlərinin təbliği baxımından mühüm əhəmiyyət daşıyır

Prezident: Radio və televiziya Azərbaycan həqiqətlərinin təbliği baxımından mühüm əhəmiyyət daşıyır

Hazırda oxunan: Prezident: Radio və televiziya Azərbaycan həqiqətlərinin təbliği baxımından mühüm əhəmiyyət daşıyır
647870
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Azərbaycan radiosunun yaranması milli mətbuat və mədəniyyət tariximizin mühüm hadisələrindən biridir. 1926-cı il noyabrın 6-da ilk dəfə efirə çıxan Azərbaycan radiosu ötən əsr ərzində xalqımızın ictimai-siyasi, mədəni və mənəvi həyatının ayrılmaz hissəsinə çevrildi. Radio uzun illər insanların əsas informasiya mənbəyi olmaqla yanaşı, milli musiqimizin, ədəbiyyatımızın, dilimizin və mənəvi dəyərlərimizin qorunub yaşadılmasına mühüm töhfələr verdi.

Bizim.Media xəbər verir ki, bu fikirlər Prezident İlham Əliyevin milli radio və televiziya yayımının yubileyi münasibətilə televiziya və radio işçilərinə ünvanladığı təbrikdə yer alıb.

Təbrikdə qeyd edilib ki, Azərbaycan televiziyasının fəaliyyətə başlaması ilə informasiya məkanımızda yeni mərhələnin əsası qoyuldu.

Televiziya cəmiyyətin maariflənməsində, milli-mədəni irsimizin təbliğində, ictimai rəyin formalaşmasında və ölkəmizdə baş verən mühüm hadisələrin geniş auditoriyaya çatdırılmasında xüsusi rol oynadı və oynamaqdadır. Radio və televiziya bu gün də dövlətçilik ənənələrimizin, milli kimliyimizin və Azərbaycan həqiqətlərinin təbliği, həmçinin ölkəmizə qarşı ideoloji hücumların qarşısının alınması baxımından mühüm əhəmiyyət daşıyır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO