
- A-
- A
- A+
Kortda müharibənin kölgəsi: İki tennis ulduzu arasında gərginlik yaşandı - Foto/Video
ABŞ-ın Kaliforniya ştatının İndian-Uells şəhərində keçirilən WTA turnirində ukraynalı Elina Svitolina belaruslu tennisçi Aryna Sabalenkanı məğlub edib.
Bizim.Media xəbər verir ki, gərgin keçən qarşılaşmada Svitolina rəqibini 6:3, 3:6, 6:1 hesabı ilə üstələyib.
Məğlubiyyətdən sonra turnirlə vidalaşan Sabalenkanın oyun zamanı rəqibinə təhqiramiz ifadələr işlətdiyi iddia olunub. Lakin yayılan görüntülərdə onun nə dediyini dəqiq müəyyənləşdirmək mümkün olmayıb.
Oyundan sonra Svitolina Sabalenka ilə əl sıxmaqdan imtina edib. Ukraynalı tennisçi Rusiyanın 2022-ci ildə Ukraynaya genişmiqyaslı hücumundan sonra rusiyalı və belaruslu rəqibləri ilə əl sıxmamaq mövqeyini davam etdirir.
Sabalenka isə noyabrın 14-də açıqlama verərək sözlərinin Svitolinaya deyil, tribunadakı bəzi azarkeşlərin davranışlarına yönəldiyini bildirib. O, emosiyalarını fərqli şəkildə ifadə etməli olduğunu deyərək üzr istəyib və rəqibinə uğurlar arzulayıb.
Svitolina da qarşılıqlı hörmətin qorunmasının vacibliyini vurğulayıb.
Bizim.Media
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

































































































