Bu ölkəyə gedən azərbaycanlılar üçün yenilik

Bu ölkəyə gedən azərbaycanlılar üçün yenilik

Hazırda oxunan: Bu ölkəyə gedən azərbaycanlılar üçün yenilik
647895
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

İstanbul hava limanında türk dövlətlərinin vətəndaşları üçün xüsusi keçid zolaqlarının yaradılması istiqamətində addım atıldığı bildirilir.

Bizim.Media  Türkiyə mediasına istinadən xəbər verir ki, hava limanının terminalında Azərbaycan, Özbəkistan, Qazaxıstan, Qırğızıstan, Türkmənistan, Macarıstan və Şimali Kipr Türk Respublikasının bayraqlarının əks olunduğu istiqamətləndirici lövhələr quraşdırılıb.

Türkiyənin aviasiya sahəsində ixtisaslaşmış HavaSosyalMedya nəşrinin yaydığı məlumata görə, bu addım türk dövlətlərinin vətəndaşlarının sərhədkeçmə prosesini asanlaşdırmaq, pasport nəzarətində növbələri azaltmaq məqsədi daşıyır.

Qeyd edək ki, hələlik xüsusi keçid sisteminin tam fəaliyyətə başladığı barədə rəsmi məlumat yoxdur.

Hazırda hava limanında müvafiq ölkələrin bayraqları olan istiqamətləndirici lövhələrin quraşdırıldığı müşahidə edilib.

Digər tərəfdən, türk dövlətləri arasında gələcəkdə xarici pasport olmadan, yalnız şəxsiyyət vəsiqəsi ilə səyahət imkanının genişləndirilməsi məsələsi də müzakirə olunur.

Bu təşəbbüsün reallaşması vətəndaşların qarşılıqlı səfərlərini daha da asanlaşdıra bilər. (Yenisabah)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO