Avropada yaşamaq əvəzinə kənddə köhnə evi seçdi

Avropada yaşamaq əvəzinə kənddə köhnə evi seçdi

Hazırda oxunan: Avropada yaşamaq əvəzinə kənddə köhnə evi seçdi
647825
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Bir neçə il Avropada yaşayıb işləyən ukraynalı qadın ailəsi ilə birlikdə vətəninə qayıdaraq Bukovinada köhnə kənd evinə köçüb.

Bizim.Media UNİAN-a istinadən xəbər verir ki, qadın qərarının səbəbini TikTok hesabında açıqlayıb.

Onun sözlərinə görə, ailəsi əvvəlcə Sumı vilayətində yaşayıb, daha sonra Çernovçı vilayətinə köçərək köhnə ev alıb.

Qadın altı il Avropada yaşadığını, əvvəlcə müxtəlif ofislərdə yaxşı vəzifələrdə çalışdığını, sonradan isə işini məsafədən davam etdirdiyini bildirib.

“Öz evimin olmasını həmişə arzulamışam. Buna görə də Ukraynaya qayıdaraq Bukovinada köhnə ev aldıq”, – deyə o bildirib.

Ailəsi iki il ərzində evin təmirini başa çatdırıb. Qadın Almaniya şirkətləri ilə əməkdaşlığını davam etdirir və kənddən məsafədən işləyir. Bundan əlavə, onun Çin çayı satışı ilə məşğul olan şəxsi mağazası da var.

“Azadlıq mənim üçün harada və necə yaşayacağımı özüm seçmək imkanıdır”, – deyə ukraynalı qadın vurğulayıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO