“Mercedes-Benz” Almaniyadakı bəzi zavodlarını bağlayacaq

“Mercedes-Benz” Almaniyadakı bəzi zavodlarını bağlayacaq

Hazırda oxunan: “Mercedes-Benz” Almaniyadakı bəzi zavodlarını bağlayacaq
647888
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

“Mercedes-Benz” şirkətinin rəhbərliyi Almaniyadakı müəssisələrinə edilən bütün yeni investisiyaları dondurmağı və bəzi zavodların bağlanması ehtimalını araşdırır.

Bizim.Media xarici mətbuata istinadla xəbər verir ki, bu addım Almaniyada avtomobil istehsalındakı yüksək xərcləri azaltmaq istəyi ilə izah olunur.

Şirkət rəhbərliyinin açıqlamasına görə, həmkarlar ittifaqları ilə əmək haqqı xərclərinin azaldılması istiqamətində razılıq əldə etmək mümkün olmayıb.

Daha əvvəl işçilər danışıqlarda irəliləyiş əldə olunmayacağı təqdirdə konsernin Almaniyadakı iki zavodu bağlaya biləcəyi barədə xəbərdar edilmişdilər.

İnvestisiyaların dondurulması qərarı alman avtomobil sənayesinin "ən ciddi böhranı" fonunda qəbul edilib.

Daha əvvəl “Volkswagen” də genişmiqyaslı struktur dəyişiklikləri elan etmişdi ki, bu da Almaniyada dörd zavodun bağlanmasına və minlərlə iş yerinin ixtisarına səbəb ola bilər.

Mütəxəssislərin qiymətləndirmələrinə görə, Çin istehsalçılarının güclənən rəqabəti və artan istehsal xərcləri fonunda 2030-cu ilə qədər Almaniyanın avtomobil sənayesi azı 200 min iş yerini itirə bilər.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO