Putin hakimiyyətdən getsə belə, müharibə dayanmayacaq – “Axilles” komandiri

Putin hakimiyyətdən getsə belə, müharibə dayanmayacaq – “Axilles” komandiri

Hazırda oxunan: Putin hakimiyyətdən getsə belə, müharibə dayanmayacaq – “Axilles” komandiri
647822
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Rusiya Prezidenti Vladimir Putin yaxın aylarda ölsə belə, Moskva Ukraynaya qarşı müharibəni dayandırmayacaq və Avropaya hücum planlarından imtina etməyəcək.

Bizim.Media UNİAN-a istinadən xəbər verir ki, bu barədə Ukraynanın 429-cu Əlahiddə Pilotsuz Sistemlər Briqadasının (“Axilles”) komandiri Yuri Fedorenko ABŞ-ın RAND Corporation analitik şirkətinin hazırladığı ssenarini şərh edərkən bildirib.
 

RAND analitikləri Putinin yanvar ayında təbii səbəblərdən vəfat edəcəyi təqdirdə Ukrayna və Avropada təhlükəsizlik vəziyyətinin necə dəyişəcəyini modelləşdiriblər. Ssenariyə görə, Rusiyada hakimiyyəti yüksək rütbəli xüsusi xidmət orqanı nümayəndəsi ələ keçirəcək. 2027-ci ilin aprelində Ukraynaya qarşı müharibə dondurulacaq, lakin 2028-ci ilin yanvarından sonra təcavüzün yeni mərhələsi başlayacaq.


Proqnoza əsasən, 2030-cu ilin mayında Rusiya Estoniyanın Narva şəhərinə qoşun yeridərək “xüsusi əməliyyata” başlayacaq. NATO-nun 5-ci maddəni tətbiq edərək Estoniyanı müdafiə etmək üçün qoşun göndərməsi, iyunda isə genişmiqyaslı hərbi əməliyyatların başlaması gözlənilir.

Fedorenko bildirib ki, Putin hakimiyyətdən getsə belə, Rusiya təhlükəsi aradan qalxmayacaq.

“Şərqdən gələn təhlükə yalnız dünyanın sonuncu müstəmləkəçi imperiyası mövcudluğunu dayandırdıqda yox olacaq”, – deyə o vurğulayıb.

Komandir əlavə edib ki, demokratik sivilizasiyanın qorunmasının əsas yolu hərbi və iqtisadi səylərin birləşdirilməsi, təcavüzə qarşı birgə mübarizədir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO