Estoniya Rusiya ilə sərhəd keçid məntəqələrini bağlayacaq

Estoniya Rusiya ilə sərhəd keçid məntəqələrini bağlayacaq

Hazırda oxunan: Estoniya Rusiya ilə sərhəd keçid məntəqələrini bağlayacaq
647876
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Estoniya dekabrın 1-dən etibarən Rusiya sərhədindəki bütün keçid məntəqələrini bağlayacaq.

Bizim.Media xəbər verir ki, bu barədə Estoniyanın xarici işlər naziri Marqus Tsahkna bildirib.

"Estoniya 1 dekabrdan etibarən Estoniya ilə Rusiya arasındakı bütün sərhəd keçid məntəqələrini bağlayacaq. Mən bu qərar barədə Finlandiya, Latviya və Litvadan olan həmkarlarımı məlumatlandırdım", - deyə o, X sosial şəbəkəsində yazıb.

Estoniyanın daxili işlər naziri İqor Taro da hökumətin gələn həftə Rusiya ilə sərhədi bağlamaq qərarı verə biləcəyini açıqlayıb.

“Estoniya artıq Rusiya ilə sərhəd tranzitini əhəmiyyətli dərəcədə məhdudlaşdırıb. İndi an gəlib çatıb: dekabr ayından etibarən həm piyadalar, həm də nəqliyyat vasitələri üçün bütün sərhəd keçidlərinin tamamilə bağlanması məsələsini hökumətə təqdim edəcəyəm”, - deyə Taro bildirib. O, əlavə edib ki, sərhədin bağlanması qərarı ya müvəqqəti, ya da daimi ola bilər.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO