Yataqxanada meyiti tapılan Elvira ilə bağlı ATU-dan açıqlama

Yataqxanada meyiti tapılan Elvira ilə bağlı ATU-dan açıqlama

Hazırda oxunan: Yataqxanada meyiti tapılan Elvira ilə bağlı ATU-dan açıqlama
647834
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Azərbaycan Tibb Universiteti ötən gün yataqxanada meyiti tapılan Elvira Eyyubova ilə bağlı açıqlama yayıb.

Bizim.Media  xəbər verir ki, açıqlamada deyilir:

“Azərbaycan Tibb Universitetinin I Müalicə-profilaktika fakültəsinin III kurs tələbəsi Elvira Eyyubova gözlənilmədən vəfat edib.

Universitet rəhbərliyi baş vermiş hadisədən dərin hüzn keçirir və mərhumun ailəsinə, yaxınlarına başsağlığı verir.

Hadisənin səbəbləri ilə bağlı rəsmi məlumat əldə olunduqdan sonra ictimaiyyətə əlavə məlumat veriləcək.

Xahiş edirik, araşdırmanın obyektivliyinə və ailənin həssas vəziyyətinə hörmətlə yanaşılsın.

Allah rəhmət eləsin. Məkanı cənnət olsun!

Elviranın əziz xatirəsi müəllimləri və tələbə yoldaşlarının yaddaşında hər zaman çalışqan, fəal, pozitiv və mərhəmətli gənc kimi əbədi yaşayacaq!” (Qafqazinfo.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO