ABŞ-da 10 mindən çox reysin ləğvinə səbəb olan nasaz qurğu aşkarlandı

ABŞ-da 10 mindən çox reysin ləğvinə səbəb olan nasaz qurğu aşkarlandı

Hazırda oxunan: ABŞ-da 10 mindən çox reysin ləğvinə səbəb olan nasaz qurğu aşkarlandı
647879
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

ABŞ hakimiyyət orqanları bu həftə ölkədə hava nəqliyyatında baş vermiş genişmiqyaslı nasazlığa səbəb olan marşrutlaşdırıcı qurğunu (router) müəyyən edib və cihaz təhlil edilməsi üçün mütəxəssislərə təhvil verilib.

Bizim.Media TASS-a istinadla xəbər verir ki, bu barədə ABŞ-nin nəqliyyat naziri Şon Daffi məlumat verib.

“Problem yaradan və şəbəkəmizə məlumat ötürən marşrutlaşdırıcı cihazı aşkarladıq. Hazırda qurğu Floridadakı “L3 Harris” laboratoriyasındadır. Federal Aviasiya Administrasiyasının (FAA) nümayəndələri də oradadır. Bu işlərə Federal Təhqiqat Bürosu (FTB) dəstək verir”, - deyə o, CNN telekanalına bildirib.


Ş.Daffi əlavə edib ki, mütəxəssislər və müstəntiqlər problemin marşrutlaşdırıcının quraşdırılması zamanı baş verən xəta, yoxsa cihazın özündəki texniki nasazlıq ilə əlaqəli olduğunu müəyyənləşdirəcəklər.

Qeyd edək ki, noyabrın 13-də ABŞ Federal Aviasiya Administrasiyası (FAA) hava hərəkətinin idarə edilməsi mərkəzlərində rabitə nasazlığı səbəbindən ölkə daxilində bütün uçuşları dörd saatdan çox müddətə dayandırmışdı.

Cümə və şənbə günləri 10 mindən çox reysin ləğvi ilə nəticələnən bu hadisə ölkə üzrə son 25 ilin ən uzunmüddətli uçuş məhdudiyyəti kimi qeydə alınıb. ABŞ-nin nəqliyyat naziri Şon Daffi baş verən fasiləni hava hərəkətinə nəzarət sistemlərinin köhnə olması və həddindən artıq yüklənməyə tab gətirməməsi ilə əlaqləndirib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO