Atletlər Xankəndi Zəfər Meydanında finişə çatdı

Atletlər Xankəndi Zəfər Meydanında finişə çatdı

Hazırda oxunan: Atletlər Xankəndi Zəfər Meydanında finişə çatdı

641584

III Beynəlxalq Xankəndi Ultramarafonunun dördüncü - sonuncu mərhələsi başa çatıb.

Bizim.Media xəbər verir ki, marafonun 4-cü mərhələsi Ağdam şəhərindən start götürüb, iştirakçılar 29,2 km məsafə qət ediblər. Bununla da atletlər dörd gün ərzində ümumilikdə 192 km məsafə qət edərək Xankəndi Zəfər Meydanındakı finişə çatıblar.

Marafon Azərbaycan Gənclər və İdman Nazirliyi, Azərbaycan Atletika Federasiyası və Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin birgə təşkilatçılığı ilə həyata keçirilir. Yarışa 6 ölkədən 97 atlet qatılıb.
 

Ultramarafon dörd mərhələdən ibarətdir: Qəbələ-Ağdaş (52,5 km), Ağdaş-Bərdə (63,5 km), Bərdə-Ağdam (46,8 km) və Ağdam-Xankəndi (29,2 km). Hər mərhələnin qalibləri ayrıca təltif edilir.


Təşkilat komitəsindən verilən xəbərə görə, kişilər arasında ilk üç mərhələdə Gürcüstanlı atlet David Xarazişvili qələbə qazanıb, qadınların mübarizəsində isə Ukraynadan olan Olena Şevçenko birinci olub.

Marafonun keçirilməsində məqsəd sağlam həyat tərzinin və qaçış idmanının təbliği, həmçinin Azərbaycanın müxtəlif bölgələrinin idman vasitəsilə tanıdılmasıdır.

Xatırladaq ki, Xankəndi Ultramarafonu ilk dəfə 2024-cü ildə Xankəndi-Bakı marşrutu üzrə təşkil olunub. 380 km məsafəni əhatə edən yarışda dörd ölkədən 64 atlet iştirak edib. 2025-ci ildə isə ultramarafon Qəbələ-Xankəndi marşrutu üzrə keçirilib, yarışa altı ölkədən 81 atlet qatılıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO