Mourinyo 2 futbolçunu

Mourinyo 2 futbolçunu "Real"dan göndərir

Hazırda oxunan: Mourinyo 2 futbolçunu "Real"dan göndərir
641316
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

"Real Madrid"in baş məşqçisi Joze Mourinyo qarşıdan gələn transfer pəncərəsində klubdan ayrıla biləcək qapıçı Andrey Lunin və müdafiəçi Raul Asensioya etibar etmir.

Bizim.Media xəbər verir ki, portuqaliyalı menecer komandadakı ilk aylardan sonra hər iki oyunçunun gələcəyi ilə bağlı qərar verib.

Lunin və Asensio bu mövsüm bir dəqiqə də olsa, meydançaya çıxmayıblar.

Nəşrin məlumatına görə, Mourinyo ukraynalı qapıçını nə Tibo Kurtuanın gələcək əvəzedicisi, nə də uyğun ikinci seçim qapıçısı kimi görür.
 

Asensio da öz növbəsində məşqçinin planlarında yoxdur. Əməliyyatdan sonra müdafiəçini açıq şəkildə dəstəkləməsinə baxmayaraq, Mourinyo ona etibar etmək niyyətində deyil.


"Real Madrid"in məşqçisi qış transfer pəncərəsində heyətini gücləndirməyə ümid etdiyi bildirilir, lakin klub yeni transferlər etmək üçün bir neçə oyunçu ilə yollarını ayırmalı olacaq. Bu arada, Lunin və Asensionun mövcud müqavilələri və yüksək maaşları onların gedişini çətinləşdirə bilər. (report.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO