Qızıl medal qazandı, sonra üzr istədi

Qızıl medal qazandı, sonra üzr istədi

Hazırda oxunan: Qızıl medal qazandı, sonra üzr istədi
640597
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

“Tottenhem”in icarə əsasında Belçikanın “Vesterlo” klubunda çıxış edən Yang Min-hyok Cənubi Koreya millisinin Asiya Oyunlarında qazandığı qızıl medaldan sonra açıqlamaları ilə ölkəsində tənqidlərə məruz qalıb.

Bizim.Media xəbər verir ki, 20 yaşlı futbolçu finalda Yaponiyaya qarşı keçirilən oyunda (1:0) qələbə qolunu vuran Eom Ci-sunun məhsuldar ötürməsini edib.
 

Cənubi Koreyada kişilər 18-21 ay müddətində hərbi xidmət keçməlidirlər. Lakin Asiya Oyunlarında qızıl medal və ya Olimpiadada istənilən medal qazanan idmançılar hərbi xidmətdən azad edilirlər. Bu güzəştdən 2018-ci ildə “Tottenhem”in sabiq kapitanı Son Hın-min də yararlanıb.


Yang turnirdə qızıl medal qazanmağın əhəmiyyəti və hərbi xidmətdən azad olunmaqla bağlı suala cavabında bunun hərbi xidmətdən azad olunmaq olduğunu bildirib. Onun sözləri ölkədə geniş narazılığa səbəb olub və futbolçunun milli komandanın qazandığı uğurun əhəmiyyətini kiçiltməsi kimi qiymətləndirilib.

Yang daha sonra sosial şəbəkə hesabında açıqlama yayaraq sözlərinə görə üzr istəyib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO