Kənan Yıldız 2027-ci ilin yayında "Real"a keçəcək?

Kənan Yıldız 2027-ci ilin yayında "Real"a keçəcək?

Hazırda oxunan: Kənan Yıldız 2027-ci ilin yayında "Real"a keçəcək?

640452

Türkiyə millisinin futbolçusu Kənan Yıldız 2027-ci ilin yayında İspaniya təmsilçisi "Real"a keçə bilər.

Bizim.Media "Corriere dello Sport"a istinadən xəbər verir ki, "Yuventus" klubu 2026/2027 mövsümünün yekunlarına əsasən, UEFA Çempionlar Liqasına vəsiqə qazana bilməsə, 21 yaşlı vingeri itirmək təhlükəsi ilə üzləşəcək.
 

Belə ssenari 100 milyon avro dəyərində qiymətləndirilən oyunçunun transferi ilə bağlı müzakirələrə yol açacaq.


Madrid təmsilçisi 2025-ci ilin qışında da futbolçunu heyətinə qatmaq istəyib.

Xatırladaq ki, Kənan Yıldızın "Yuventus"la müqaviləsinin müddəti 2030-cu ilin yayınadək nəzərdə tutulub. Hazırda zədəli olan oyunçu ötən mövsüm 51 matçda 14 qol və 10 məhsuldar ötürmə ilə yadda qalıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO