“Arsenal”dan ev stadionu ilə bağlı gözlənilməz QƏRAR

“Arsenal”dan ev stadionu ilə bağlı gözlənilməz QƏRAR

Hazırda oxunan: “Arsenal”dan ev stadionu ilə bağlı gözlənilməz QƏRAR

640261

Londonun “Arsenal” klubu ev oyunlarını keçirdiyi “Emireyts” stadionunun genişmiqyaslı rekonstruksiyası layihəsindən imtina edib.

Bizim.Media xəbər verir ki, 2024-cü ildən bu məsələ üzərində çalışan işçi qrupunun hazırladığı layihə arenanın hazırkı 60 minlik tutumunun əhəmiyyətli dərəcədə artırılmasını nəzərdə tuturdu. 
 

Lakin klub tribunaların yenidən qurulması əvəzinə stadionun ayrı-ayrı hissələrinin mərhələli şəkildə genişləndirilməsi və azarkeşlər üçün şəraitin yaxşılaşdırılması qərarına gəlib.


"The Athletic" nəşrinin məlumatına görə, əsas səbəb rekonstruksiya müddətində “Arsenal”ın ev oyunlarını başqa stadionda keçirməli olmasıdır.

Xatırladaq ki, “Emireyts” 2006-cı ildə istifadəyə verilib. “Arsenal” bundan əvvəl ev oyunlarını 35 min tamaşaçı tutumuna malik “Hayberi” stadionunda keçirirdi.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO