“Fənərbağça”nın ulduzu “Turan Tovuz”la oyunda meydana çıxa biləcək

“Fənərbağça”nın ulduzu “Turan Tovuz”la oyunda meydana çıxa biləcək

Hazırda oxunan: “Fənərbağça”nın ulduzu “Turan Tovuz”la oyunda meydana çıxa biləcək

639616

Türkiyənin “Fənərbağça” komandasının ulduz futbolçusu Marko Asensio “Turan Tovuz”la yoldaşlıq oyununda iştirak edə biləcək.

Bizim.Media xəbər verir ki, bu barədə İstanbul təmsilçisinin baş məşqçisi İsmail Kartal mətbuat konfransında məlumat verib.

Mütəxəssis ispaniyalı yarımmüdafiəçinin səhhətinin yaxşı olduğunu və Bakıdakı matçda start heyətində meydana çıxacağını bildirib:

“Asensionun əhvalı yüksəkdir. Düşünürəm ki, Superliqada “Rizespor”la oyuna qədər ən yaxşı formada hazırlaşaraq komandadakı yerini tuta bilər”.

Qeyd edək ki, oktyabrın 3-də Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək “Turan Tovuz” – “Fənərbağça” qarşılaşması saat 20:00-da başlayacaq. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO