Çempionlar Liqasının püşkatmasında yeni qayda

Çempionlar Liqasının püşkatmasında yeni qayda

Hazırda oxunan: Çempionlar Liqasının püşkatmasında yeni qayda

633250

UEFA Çempionlar Liqasının əsas mərhələsinin püşkatmasında yeni qayda tətbiq edəcək.

Bizim.Media xəbər verir ki, "Goal" nəşrinin məlumatına görə, UEFA eyni qarşılaşmanın ardıcıl üç mövsüm eyni stadionda keçirilməsinin qarşısını almaq üçün dəyişiklik edib.

Bu səbəbdən "Liverpul" və "Real"ın bu mövsüm Anfilddə qarşılaşması mümkün olmayacaq.
 

Madrid təmsilçisi son iki mövsümdə Çempionlar Liqası çərçivəsində ardıcıl olaraq "Liverpul"un qonağı olub. İngiltərə klubu həmin görüşlərdə müvafiq olaraq 2:0 və 1:0 hesablı qələbə qazanıb.


Yeni qaydaya əsasən, eyni komandanın üçüncü dəfə ardıcıl olaraq eyni stadionda qarşılaşmasının qarşısı alınacaq.

Bununla yanaşı, "Liverpul" və "Real"ın bu mövsüm Santyaqo Bernabeuda üz-üzə gəlməsi mümkündür.

Qeyd edək ki, bu qayda yalnız Çempionlar Liqasının əsas mərhələsinə şamil olunur və pley-off qarşılaşmalarına aid edilmir. (qol.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO