Yeniyetmə cüdoçularımız Türkiyədə 4 medal qazandılar

Yeniyetmə cüdoçularımız Türkiyədə 4 medal qazandılar

Hazırda oxunan: Yeniyetmə cüdoçularımız Türkiyədə 4 medal qazandılar

632600

Yeniyetmə oğlanlardan ibarət Azərbaycan milli komandası Türkiyənin Ordu şəhərində keçirilən cüdo üzrə beynəlxalq turnirdə uğurla çıxış edib.

Bizim.Media xəbər verir ki, yarışda 4 idmançı ilə təmsil olunan yığmamızın bütün üzvləri medal qazanıblar.

Qərib Atababayev (-55 kq), Raul Məlikzadə (-60 kq) və Nihad Məlikli (+90 kq) bütün rəqiblərinə qalib gələrək qızıl medala sahib olublar. Muhəmməd Səttarov (-60 kq) isə turniri bürünc medalla başa vurub.

Qeyd edək ki, yeniyetmə oğlanlardan ibarət milli komandanın məşqçisi Orxan Səfərovun rəhbərliyi ilə yarışa qatılan yığmamız yekunda 3 qızıl və 1 bürünc olmaqla 4 medal qazanıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO