Dünyaca məşhur futbolçu müsəlman oldu - FOTO

Dünyaca məşhur futbolçu müsəlman oldu - FOTO

Hazırda oxunan: Dünyaca məşhur futbolçu müsəlman oldu - FOTO

631784

Braziliya və dünya futbolunun əfsanəvi simalarından, bir dönəm Türkiyənin “Fənərbağça” klubunun futbolçusu olmuş Roberto Karlosun İslam dinini qəbul etdiyi iddia olunub.

Bizim.Media xarici KİV-ə istinadla xəbər verir ki, Braziliyada tanınan din xadimlərindən Şeyx Cihad Həmmadə məşhur futbolçunun uzun müddətdir onunla əlaqə saxladığını bildirib.
 

Həmmadənin sözlərinə görə, Roberto Karlos təxminən 4 həftə əvvəl onunla görüşüb və kəlmeyi-şəhadət gətirərək İslamı qəbul edib.


İddialara görə, keçmiş futbolçu daha sonra Mərakeş əsilli Souhila Əl-Təhri ilə evlənib. İslam qaydalarına uyğun keçirildiyi bildirilən nikah mərasimini isə Şeyx Cihad Həmmadə həyata keçirib. (bakupost.az)



Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO