Ronaldo: “Yəqin ki, futbolda son ilimdir”

Ronaldo: “Yəqin ki, futbolda son ilimdir”

Hazırda oxunan: Ronaldo: “Yəqin ki, futbolda son ilimdir”

631496

Portuqaliya millisinin və “Əl-Nəsr”in hücumçusu Kriştiano Ronaldo futbol karyerasını cari mövsümün sonunda başa vura biləcəyini açıqlayıb.

Bizim.Media xəbər verir ki, 41 yaşlı futbolçu bunu “Vogue” jurnalına müsahibəsində deyib

“Yəqin ki, bu, futbolda son ilimdir. Böyük bir miras qoymaq istəyirəm”, - o söyləyib.
 

Ronaldo ötən mövsüm “Əl-Nəsr”in heyətində bütün turnirlərdə 37 oyuna çıxıb, 30 qol vurub və 3 məhsuldar ötürmə edib. O, 2026-cı il dünya çempionatında isə 5 oyunda 3 dəfə fərqlənib.


Kriştiano Ronaldo karyerası ərzində 5 dəfə Çempionlar Liqasının qalibi olub, 2016-cı ildə Avropa çempionluğunu qazanıb və iki dəfə Millətlər Liqasında çempionluq yaşayıb. Portuqaliyalı ulduz həmçinin 5 dəfə “Qızıl top” mükafatına sahib çıxıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO