Lukaku “Fənərbaxça”ya keçməyə razılaşdı

Lukaku “Fənərbaxça”ya keçməyə razılaşdı

Hazırda oxunan: Lukaku “Fənərbaxça”ya keçməyə razılaşdı
630357
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

İtaliyanın “Napoli” klubunun hücumçusu Romelu Lukaku Türkiyənin “Fənərbaxça” klubuna keçməyə razılıq verib.

Bizim.Media  xəbər verir ki, bu barədə məlumatı insayder Mateo Moretto yayıb.

Mənbənin məlumatına görə, 33 yaşlı belçikalı hücumçu ilə Türkiyə klubu arasında şəxsi müqavilə şərtləri üzrə tam razılıq əldə olunub. Hazırda “Fənərbaxça” birbaşa “Napoli” ilə danışıqlar aparır.

İstanbul təmsilçisi təcrübəli forvardın transferi üçün artıq 6 milyon avroluq ilk təklifini göndərib. Lakin Neapol klubu Lukakunun satışından təxminən 12 milyon avro əldə etməyi planlaşdırır.

Məlumat üçün bildirək ki, belçikalı futbolçunun İtaliya klubu ilə hazırkı müqaviləsinin müddəti 2027-ci ilin yayına qədərdir. Daha əvvəl Lukakunun komandanın mövsümöncəsi təlim-məşq toplanışına qoşulmadığı və “Napoli”nin onu 10 milyon avro qarşılığında buraxmağa hazır olduğu bildirilirdi.

Qeyd edək ki, keçən mövsüm Lukaku “Napoli”nin heyətində cəmi 5 oyuna çıxıb və 1 qolla yadda qalıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO