Avarçəkənlərimiz Avropa ikincisi oldu - FOTO

Avarçəkənlərimiz Avropa ikincisi oldu - FOTO

Hazırda oxunan: Avarçəkənlərimiz Avropa ikincisi oldu - FOTO

628933

İtaliyanın Vareze şəhərində keçirilən akademik avarçəkmə üzrə Avropa çempionatında yüngülçəkili idmançıların mübarizəsinə yekun vurulub.

Bizim.Media xəbər verir ki, qitənin ən güclülərinin müəyyənləşdiyi yarışda Azərbaycan Su İdman Növləri Federasiyasını iki idmançı təmsil edib.

Ziya Məmmədzadə və Nurlan Paşayevdən ibarət cütlük ikinəfərlik qayıqda final yürüşündə finiş xəttini ikinci keçərək gümüş medal qazanıb.

Xatırladaq ki, Ziya Məmmədzadə və Nurlan Paşayev 12-14 iyun tarixlərində Bolqarıstanın Plovdiv şəhərində keçirilən akademik avarçəkmə üzrə Dünya Kubokunda da bürünc medal qazanıblar.





Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO