“Şəfa”nın baş məşqçisi: “Çempionatın startına kimi hazır olacağıq”

“Şəfa”nın baş məşqçisi: “Çempionatın startına kimi hazır olacağıq”

Hazırda oxunan: “Şəfa”nın baş məşqçisi: “Çempionatın startına kimi hazır olacağıq”

627567

"Şəfa"nın baş məşqçisi Zaur Həşimov “Qəbələ” ilə yoxlama görüşündən sonra (1:1) klubun mətbuat xidmətinə açıqlama verib.

Bizim.Media xəbər verir ki, Həşimov komandasının hazırlıq durumuna da şərh verib:

"Qəbələ" ilə matç ikinci yoxlama oyunumuz idi. Ümumilikdə oyun yaxşı alındı. Futbolçular verilən tapşırıqları yerinə yetirməyə çalışırdılar.
 

Meydanda olan bir neçə futbolçumuz bizimlə birlikdə cəmi 4-5 məşqdə iştirak edib. Heyətimizi komplektləşdirməyə çalışırıq. Yeni qurulan komandayıq və futbolçuların meydanda bir-birini daha yaxşı tanıması üçün zaman lazımdır. Başa düşürük ki, vaxtımız çox azdır. Lakin çempionatın startına kimi komanda daha yaxşı hazır olacaq".


Qeyd edək ki, “Şəfa” ilk sınaq oyununda “İmişli” ilə heç-heçə edib - 2:2. Komanda növbəti yoxlama matçını iyulun 31-də “Araz-Naxçıvan”a qarşı keçirəcək.

Rəşad Rafiqoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO