Plüşenko oğlunun Azərbaycan millisinə keçidindən danışdı: “Rusiyada heç kimə lazım deyildi”

Plüşenko oğlunun Azərbaycan millisinə keçidindən danışdı: “Rusiyada heç kimə lazım deyildi”

Hazırda oxunan: Plüşenko oğlunun Azərbaycan millisinə keçidindən danışdı: “Rusiyada heç kimə lazım deyildi”

624685

Fiqurlu konkisürmə üzrə məşqçi və ikiqat olimpiya çempionu Yevgeni Plüşenko oğlu Aleksandrın Azərbaycan millisinə keçməsi barədə danışıb. O açıqlamasında bildirib ki, oğlunun beynəlxalq arenalara çıxmağa ehtiyacı var.

Bizim.Media xəbər verir ki, bu barədə "Lotus Media" sosial şəbəkələrdə məlumat yayıb.

"Mən oğlumun yarışlardda çıxış etməsini istəyirəm. Burada (Rusiyada) o, heç kimə lazım deyildi. Gəlin reallığı düzgün qiymətləndirək, hamı deyirdi ki, o, bizim rusiyalı idmançılarla rəqabət apara bilmir. Onun beynəlxalq arenaya çıxması, sürüşməsi və çıxış etməsi lazımdır", - deyə Plüşenko qeyd edib.

İyulun 1-də Beynəlxalq Konkisürmə İttifaqı (ISU) fiqurçuya Azərbaycan adından çıxış etməyə icazə verib. Yevgeni Plüşenko daha əvvəl oğlunun 5 illik müddətə Azərbaycanın idman vətəndaşlığını aldığını bildirmişdi.

Aleksandr rəsmi turnirlərdə demək olar ki, iştirak etməyib. 2025-ci il yanvarın 25-də Plüşenkonun oğlu yalnız özünün iştirak etdiyi yarışın qalibi olub. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO