DÇ-2026: Meksika 1/8 finalda – VİDEO

DÇ-2026: Meksika 1/8 finalda – VİDEO

Hazırda oxunan: DÇ-2026: Meksika 1/8 finalda – VİDEO

622536

2026-cı il dünya çempionatında 1/16 final mərhələsinin oyunları davam edir.

Bizim.Media xəbər verir ki, pley-offun növbəti qarşılaşmasında Meksika və Ekvador milliləri üz-üzə gəlib.

Hava şəraitinə görə 1 saat ertələnən görüş Bakı vaxtı ilə saat 06:00-da start götürüb.

Oyunda hesab 22-ci dəqiqədə açılıb. Kinyones baxımlı qolla Meksikanı hesabda önə keçirib: 1:0. Çox keçmədən Meksika daha bir qol vurub. 31-ci dəqiqədə Raul Ximenez fərqi artırıb: 2:0.

Matçda başqa qol vurulmayıb və Meksika millisi adını pley-offa yazdırıb.

Meksika 1/8 final mərhələsində İngiltərə – Konqo Demokratik Respublikası duelinin qalibi ilə üz-üzə gələcək.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO