“Neftçi”nin aparıcı oyunçusu komandadan ayrıldı

“Neftçi”nin aparıcı oyunçusu komandadan ayrıldı

Hazırda oxunan: “Neftçi”nin aparıcı oyunçusu komandadan ayrıldı

621744

Yeni mövsümün hazırlıqlarını davam etdirən “Neftçi” əsas oyunçularından biri ilə yollarını ayırıb. 

Bizim.Media xəbər verir ki, ötən mövsüm uğurlu çıxışı ilə “ağ-qaralar”ın əsas simalarından birinə çevrilən Freddi Varqas komandadan ayrılıb. 

Bakı klubu ilə icarə müqaviləsi başa çatan venesuelalı futbolçu məxsus olduğu İsrailin “Makkabi” (Netanya) klubuna qayıdıb. “Neftçi” Varqası heyətində saxlamaq istəsə də, İsrail təmsilçisi futbolçunu nə satmağa, nə də yenidən icarəyə verməyə razılaşıb.  

Qeyd edək ki, Freddi Varqas 2025/2026 mövsümünü icarə əsasında “Neftçi”də keçirib.

O, Azərbaycan Premyer Liqasında meydana çıxdığı 32 oyunda 5 qol vurub və 8 məhsuldar ötürmə ilə yadda qalıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO