Niderland kralı və kraliçası Kurasao millisi ilə rəqs etdilər - VİDEO

Niderland kralı və kraliçası Kurasao millisi ilə rəqs etdilər - VİDEO

Hazırda oxunan: Niderland kralı və kraliçası Kurasao millisi ilə rəqs etdilər - VİDEO

620583

Niderland Kralı Villem-Aleksander və kralıça Maksima, futbol üzrə dünya çempionatında (DÇ-2026) Ekvadorla heç-heçə (0:0) edərək tarixi nəticə qazanan Kurasao yığmasının geyinmə otağına yollanıblar. Monarxlar bu uğuru futbolçularla birlikdə rəqs edərək qeyd ediblər və həmin anların görüntüləri sosial şəbəkələrdə böyük marağa səbəb olub.

Bizim.Media xəbər verir ki, bu barədə məlumat və videogörüntülər Kurasaonun milli komandasının rəsmi mətbuat xidməti tərəfindən yayılıb.

Qeyd edək ki, Karib dənizində yerləşən və Niderland Krallığının tərkibinə daxil olan özünüidarə edən Kurasao adası, qitə birinciliyində ilk dəfə debüt edir. Keçmiş "Zenit" və Rusiya millisinin baş məşqçisi Dik Advokatın rəhbərlik etdiyi komandanın Ekvadorla oyunda qazandığı 0:0-lıq heç-heçə onlara dünya çempionatları tarixindəki ilk xalını qazandırıb.

Matçın qəhrəmanı isə qapıya yönələn 28 zərbəni dəf edərək dünya çempionatı rekordu qıran 37 yaşlı qapıçı Eloi Rom olub.

Oyundan sonra kral ailəsi geyinmə otağına daxil olaraq ilk növbədə həmyerliləri olan Dik Advokatı və məşqçilər heyətini təbrik ediblər, daha sonra isə musiqi sədaları altında futbolçuların rəqs partisinə qoşulublar.

Komandanın yarımmüdafiəçisi Tahit Çonq kral ailəsinin bu addımını "möhtəşəm bir hiss" kimi qiymətləndirib.

78 yaşlı baş məşqçi Dik Advokat isə kral ailəsinin səmimiyyətindən təsirləndiyini gizlətməyib:

"Kralın, həyat yoldaşının və qızının bizim komandaya necə tez uyğunlaşdığını görmək böyük hörmət doğurur. Onlar gülümsəyir, rəqs edir, böyük bir sevinc saçırdılar. Kral ailəsini bu ampluada görmək çox gözəl idi".

Xatırladaq ki, kral ailəsi eyni gün daxilində ABŞ-də iki fərqli matçı izləyib.

Onlar əvvəlcə Hyustonda Niderland millisinin İsveç üzərindəki qələbəsinə seviniblər, daha sonra isə dərhal Kanzas-Sitiyə uçaraq Kurasao millisini dəstəkləmək üçün narıncı rəngli şəriflərini mavi rənglə əvəzləyiblər.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO