Almaniyanın Raştatt şəhərindəki kempinq sahəsinə ildırım düşməsi nəticəsində doqquz nəfər xəsarət alıb, onlardan birinin vəziyyəti ağırdır.
Bizim.Media xəbər verir ki, bu barədə "Bild" tabloidi məlumat yayıb.
Hadisə ötən axşam 120 komandanın iştirakı ilə həndbol turnirinin keçirildiyi idman meydançasında baş verib. Gecə saatlarında idmançılar yaxınlaşan fırtına öncəsi çadırları möhkəmləndirərkən ildırım dalğası birbaşa onların yaxınlığına düşüb.
Xəsarət alanlardan altı nəfər xəstəxanaya yerləşdirilib ki, onların arasında 13 yaşlı bir yeniyetmə də var. Bir nəfər ağır xəsarətlər alsa da, həyatı üçün təhlükə yoxdur.
Raştatt polisi hadisə ilə bağlı araşdırmalara başlayıb. İstintaq əlverişsiz hava şəraiti zamanı turnir iştirakçılarının mühafizəsinin nəzərdə tutulub-tutulmadığını və təhlükəsizlik tədbirlərinin necə təmin edildiyini aydınlaşdırır. İstintaqa idman tədbirinin təşkilatçıları da daxil olacaq.
Bizim.Media

- A-
- A
- A+
İdman
18:13 / 20.06.2026
Almaniyada turnir zamanı ildırım idmançıları vurdu
Hazırda oxunan: Almaniyada turnir zamanı ildırım idmançıları vurdu
Hazırda oxunan: Almaniyada turnir zamanı ildırım idmançıları vurdu
620469
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.


































































































