“Azərbaycanlı futbolçular snus istifadə edir” - Tanınmış həkim

“Azərbaycanlı futbolçular snus istifadə edir” - Tanınmış həkim

Hazırda oxunan: “Azərbaycanlı futbolçular snus istifadə edir” - Tanınmış həkim
620302
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

“Azərbaycanlı futbolçuların əksəriyyətinin siqaret çəkdiyini və ya içki içdiyini deməzdim. Hətta qəlyanı da onlarla bir sıraya qoyardım. Çalışırıq ki, futbolçulara bunun zərərli olduğunu başa salaq”.

Bizim.Media xəbər verir ki, bunu “futbolinfo.az”a müsahibəsində tanınmış həkim və fizioterapevt Rahim Məhərrəmov deyib. 

Futbol sahəsində çalışan həkim azərbaycanlı futbolçuların siqaret, qəlyan çəkməsindən, içki içməsi haqqında sualı cavablandırıb: 

“Amma Azərbaycan futbolunun bu gün ən böyük fəlakəti nə siqaret, nə içki, nə də qəlyandır. Ən böyük problem snusdur (tüstüsüz tütün məmulatının bir növü, xırdalanmış və nəmləndirilmiş tütündən ibarətdir – red.). Dodaqla diş əti arasına qoyulur. Bizim oyunçular arasında artıq çox geniş yayılıb. Bunu ölkəmizə xaricilər gətirib, bizim gənclər də artıq meyillənib. Snus barədə heç kim danışmır, lakin Azərbaycan futbolunu böyük fəlakətə aparacaq. Hətta artıq gətirdiyini deyə bilərik”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO